Bu bankın da ləğvetmə prosesi başlandı – Qərar

Bu bankın da ləğvetmə prosesi başlandı – Qərar

Müəllif: Redaktor

Baş Redaktor

14558783792798560793_554x360-300x195Bir qədər əvvəl Azərbaycan Mərkəzi Bankının qərarı ilə lisenziyası ləğv edilmiş «Texnikabank» ASC-nin iflas proseduru başlanıb. Bu barədə fins.az-a bankdan bildirilib. Bankdan verilən məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 Qərarı ilə Texnikabank ASC müflis elan edilib və iflas prosedurunu başlanılıb. Bankın ləğedicisi olaraq “M.M.M. Perfekt Konsaltinq” MMC şirkəti təyin edilib və qərar dərhal icraya yönəldilib.
“M.M.M. Perfekt Konsaltinq” bankla əlaqədar şəxslərə müraciət ünvanlayıb. Müraciətdə bildirilir:
Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən bildiririk:

– bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;
– banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;
– bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;
– qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
– bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;
– Bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.
Ləğv prosesində olan “Texnikabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
Banka tələbləri olan kreditorlara bildirilir ki, tələblərinin qeydiyyata alınması üçün 15 aprel 2016-ci il tarixinədək, ləğvedici şirkət “M.M.M. Perfekt Konsaltinq” MMC-ə (Xətai ray., Babək pr. 16) müraciət edə bilərlər.

İqtisadiyyat, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti