Yazı İçi 468×60

perincek 1610Dünən Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarı ilə İsveçrə üzərində tarixi qələbəyə imza atan Türk İşçi Partiyasının sədri, tanınmış siyasətçi Doğu Perinçək özəl açıqlama verib.

Yada salaq ki, Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdə dediyi “Erməni soyqırımı beynəlxalq yalandır!” – sözlərinə görə polis tərəfindən saxlanılmışdı. Türkiyənin müdaxiləsi ilə sərbəst buraxılan Perinçək daha sonra məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilsə də, məhkumiyyəti pul cəriməsi ilə əvəzlənmişdi.

Bu iş üzrə keçirilən bir neçə məhkəmə prosesindən sonra nəhayət, dünən “erməni soyqırımının inkar edilməsi” üçün cinayət məsuliyyətinə cəlb edilən ilk adam olan Doğu Perinçək İsveçrə hökuməti üzərində tam qələbə qazanıb.

– Məhkəmənin qərarı Türkiyənin müdafiəsi üçün və hətta deyərdim ki, Qarabağ üçün də son dərəcə tarixi önəmli bir qərardır. Bu qərar hər bir insanın Vətəni qorumaqda azad olduğunu göstərir,- deyə Perinçək AzVision.az-a bildirib. – Biz onu söylədik ki, “erməni soyqrımı” bir yalandır və Vətəni müdafiə etdik. Bu qələbəni mübarizəmizlə qazandıq. Azəri Türk qardaşlarımıza çox təşəkkür edirəm ki, bu mübarizədə bərabər olduq, bütün türklərlə əl-ələ verdik və doğru olduğumuzu bur daha sübut etdik. Bunu da görəcəyik ki, Qarabağımızı azad etmişik və Azərbaycanın torpaq bütünlüyü təmin edilib. Gələcəyə ümid və güvənlə baxırıq. Görəcəksiniz, Azərbaycan bayrağı Qarabağda dalğalanacaq! Millətimiz bir olacaq, özgür olacaq!(Azvision).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."