!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu dəfə sürücü sürəti aşan polisi saxlayıb danladı – VİDEO

!Reklam – Yazi

be82a7“Hazırda işə gedirəm. Maşını böyük sürətlə sürdüyümü sanmıram”

ABŞ-da bir qadın sürücü polisə xəbərdarlıq edib. Florida ştatından olan qadın yolda yüksək sürətlə onu ötüb keçən polis maşınını saxlatdırıb. Sonra isə ona yaxınlaşan polisə maşını niyə saxlatdırdığının səbəbini açıqlayıb: “Siz məndən arxada idiniz. Yüksək sürətlə ötüb keçdiniz. O qədər yüksək sürətlə keçdiniz ki, sizə çatmaq üçün sürəti 120 km/saata qaldırdım, ancaq yenə də çata bilmədim”.

Polis qadını dinlədikdən sonra yüksək sürətlə hərəkət etdiyinin fərqində olmadığını bildirib: “Hazırda işə gedirəm. Maşını böyük sürətlə sürdüyümü sanmıram. Əgər belə bir hal olubsa, üzr istəyirəm. Adımı və nömrəmi qeyd edə bilərsiniz”.

Qadın isə öz növbəsində buna ehtiyac olmadığını deyib: “Sadəcə, siz polislər başqalarına örnək olmalısınız. Ona görə də qanunları pozmamağınız lazımdır”. Sonda polisə təşəkkür edən qadın ona yolda diqqətli olmağı məsləhət görüb.(Avtosfer)

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv