Ads by Google

hightechnic
Ads by Google

img“Ankarada keçirilən ikitərəfli Yüksək Səviyyəli Hərbi Şuranın yığıncağında 2016-cı ilin yekununu və 2017-ci ildə tərəflər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi, hərbi-texniki əməkdaşlıq sahəsində işlər müzakirə olunub.”

Bu sözləri Ankara şəhərində keçirilən Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclasına münasibət bildirərkən hərbi-ekspert Üzeyir Cəfərov deyib.

Ekspert qeyd edib ki, eyni zamanda gələn il Azərbaycanda və Türkiyədə keçiriləcək görüşlərin, təlimlərin və digər işlərin birgə müzakirəsi və plana salınması müzakirə olunub:

“Tərəflər arasında razılıq əldə olunub ki, 2017-ci ildə də hərbi-texniki əməkdaşlıq genişləndirilsin. Hərbi təlimləri, təhsil sahəsində zabitlərin mübadiləsi, nümayəndələrin tərəfdaşlıq proqramında və digər mövzularda da iştirakı məsələləri müzakirə olunub. Keçirilən iclasda Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcəyini bir daha bəyan edib. Azərbaycan da Türkiyə Silahlı Qüvvələrinin həm Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunda, o cümlədən güc strukturlarındakı fəaliyyəti ilə bağlı bəzi təklif və müzakirələr irəli sürüb.

Tərəflər 2017-ci ildə indiyə qədər olan əlaqələrin daha da genişləndirilməsi və yeni bir mərhələnin başlandığına da toxunublar:

“Yüksək səviyyəli görüş bütün qoşun növlərini əhatə edir. Bu əməkdaşlıq Türkiyədən daha çox Azərbaycana lazımdır. Çünki Türkiyə uzun illərdir böyük bir hərbi quruculuq işlərinə malikdir. Əslində, Azərbaycan da bu 20 illik müstəqillik dövründə Türkiyədən və digər ölkələrdən böyük beynəlxalq təcrübə toplayıb. 2017-ci ildə də bu təcrübənin artırılması istiqamətində lazım olan işlər görüləcək”.

Gülnarə Eynullaqızı
Yenicag.az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 71
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."