yenicag.az
yenicag.az

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Müəllif: Redaktor

Editor

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar, fevralın 6-da saat 09:00 dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Maştağa və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

Yenicag.az

Xəbərlər, Enerji, İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti