“Bu əsl komediyadır və DAK adına qara bir ləkədir” – MÜRACİƏT

“Bu əsl komediyadır və DAK adına qara bir ləkədir” – MÜRACİƏT

Müəllif: Redaktor

Editor

70484“Dünya Azərbaycanlıları Konqresi adına oyunbazlıqlaq və beynəlxalq aləmdə az-çox tanınan bu təşkilatımızı İran siyasətinin istəklərinə uyğun gözdən salmaq cəhdləri davam edir”.

Bu sözlər DAK adı ilə Belçikada toplantı keçirən soydaşlarımıza Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın imzaladığı müraciətdə əksini tapıb. Müraciət müəllifləri DAK adı ilə keçirilən bu məclisi İran siyasətinin gerçəkləşməsi kimi dəyərləndiriblər:

“Bildiyiniz kimi, DAK-dan ilk ayrılmalar bizim DAK-a başçılıq etdiymiz vaxtdan xeyli əvvəl, Haaqa qurultayından başlanılmışdı. Təşkilata başçılıq etdiyimiz dövrdə nə qədər cəhd etsək də, özünü DDAK adlandırmış qrupu DAK sıralarına qaytara bilmədik. Bu birləşməyə ən çox mane olan və DAK-da pozuculuq işləri aparan adamlar İdarə Heyətindən və Daimi Şuradan uzaqlaşandan sonra indi gedib illər uzunu haqlarında yüz cür böhtan və yalan uydurduğu adamlarla yan-yana oturmağa çalışırlar. Əgər bu, ümumi işə xidmət etsə, vaxtilə bir-birini qəbul etməyən adamlar barışıb milli mücadələ yoluna gəlsələr, biz buna sevinər və “Allah xeyrininzi versin!” deyərik. Təəssüf ki, belə deyil, bu adamların DAK adlı qayğısı yoxdur”.

O adamların yalnız dağıdıcılıqlıa məşğul olduqlarını xatırladan DAK həmsədrləri Belçikadakı məclisin keçirilməsinə Bakıdan Mərdan Seyidbəyli adlı şəxsin kömək etdiyini bildiriblər:

“Bu əsl komediyadır və DAK adına qara bir ləkədir. Çünkü bu adamı Bakıda dələduz və fırıldaqçı kimi tanıyırlar. DAK-a aidiyyəti olmasa da, Bakıda vaxtı ilə təşkilatdan uzaqlaşmış 5-6 adamla toplantı keçirmiş, vəsiqələr və ya mandatlar paylamışdır. Rəsmi qeydiyyatdan keçmiş və fəaliyyətdə olan bir məşhur təşkilatın adından bu cür istifadə etməsi Azərbaycan qanunlarına görə yolverilməzdir və cəzalandırılmalıdır. Bundan əlavə, Mərdan Seyidbəyli Quzey və Güney Azərbaycandan olan onlarla soydaşımızı, vətəndaşımızı insanlığa yaraşmayan şəkildə aldatmış, küllü miqdarda pullarını mənimsəmişdir. Hazırda bu işi respublika prokrorluğu araşdırır. Vətəndaşların əmlakına əl qoyduğuna görə Biləsuvar rayon məhkəməsi onun haqqında iş açmışdır. O, Bakıya böyük ümüdlərlə gəlmiş güneyli tələbləri aldatmış, onların pullarını almış və bu azmış kimi, üstəlik yalan vədlərlə valideynlərini Azərbaycan Respublikasına çağırtdırıb işlədərək, müəyyən müddətdən sonra, borcunu ödəməmək üçün, onları ölkədən çıxartdırmışdı. Bakıda ehtiyac içində oxuyan bu sulduzlu, urmiyalı, muğanlı tələbələri aldadıb çətin duruma salmaq şərəfsizlikdir. Belə adamları hər hansı bir təşkilata yaxın buraxmaq olmaz”.

DAK həmsədrləri soydaşlarımızın bir araya gəlib yeni bir qrumda birləşməsinə qarşı olmadıqlarını, lakin bu yeni təşkilatın DAK adlanmasının yolverilməzliyini də diqqətə çatdırıblar:

“DAK var və fəaliyyətdədir. Millətimizə və milli hərəkətamıza sayğı göstərməliyik! Məlumat üçün bildiririk ki, DAK-ın sonuncu – XIII qrultayı 2015-ci ilin aprel ayında İstanbulda keçirilmiş və Türkiyə mətbuatında geniş işıqlandırılmışıdır. O zaman biz DAK-dan ayrılmış bütün köhnə dostlarımıza müraciət edərək onları qurultaya çağırmışdıq. Onlardan bəziləri gəldi və təşkilatımız daha da gücləndi. Dəvətimizi qəbul edib gəlməyənlər aradan 10 ay keçəndən sonra bizə müraciət edib DAK adına yeni qurultaya dəvət edirlərsə, buna normal bir iş kimi baxmaq olmaz. Bu, milli işə hörmətsizlikdən başqa bir şey deyildir. Bir daha təkrar edirik, biz sizin və başqa soydaşlarımızın yeni təşkilatlar qurmasına qarşı deyilik, lakin, lütfən, bunu ayrı bir ad altında yaradın, qoy bir-birimizə mane olmayaq. O zaman biz də böyük məmnuniyytələ sizə kömək edərik və milli ideallarımız uğrunda mübarizədə yanaşı addımlayarıq”.

Gündəm, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti