www.sinerjipro.net

SinerjiProWide
Reklam

223910_466767Xaçmaz-Xudat yolunun üzərində yerləşən bir sıra ət satışı məntəqələrində satılan məhsullar baytar nəzarətindən keçmir.

ATV-nin Quba bölgəsinin əməkdaşı Rauf Əhmədovun ATV.az-a verdiyi məlumata görə, satışa çıxarılan ət məhsullarının üzərində baytar həkimin möhürünün olmaması bunu deməyə əsas verir. Digər tərəfdən isə ət məhsulları açıq havada antisanitar şəkildə satılır. Satıcılar isə məhsulların hər gün baytar həkim nəzarətindən keçdiyini deyirlər.

Əraziyə cavabdeh olan Xaçmaz rayon Baytarlıq İdarəsinin sahə rəisi Zəfər Əmirəhmədov isə bildirib ki, onun sahəsində baytar nəzarətindən keçməyən ət satıla bilməz. Bu səbəbdən həmin məntəqələrə birgə baxmağı təklif edib. Lakin məntəqəyə baxış zamanı, baytar nəzarətindən keçməyən ətin satıldığı aşkar olunub.

Məsələ ilə bağlı Xaçmaz rayon Baytarlıq İdarəsindən isə bildirilib ki, bu kimi xoşagəlməz halların qarşısını almaq üçün sabahdan etibarən ət satışı məntəqələrində həkim nəzarəti gücləndiriləcək.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 78
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."