!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, FETÖ-nün ABŞ-a badalaq vurmasıdır” – Politoloq

!Reklam – Yazi

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürən terror qruplaşmalarının diqqəti əsas təşkilatçılardan yayındırmağa çalışdıqları bildirilir.

Yeniçağ.Az xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun dekabrın 19-da Ankarada keçmiş polis əməkdaşı Mevlüt Mert Altıntaş tərəfindən qətlə yetirilməsindən sonra bu terror hücumunun arxasında FETÖ-nun dayandığı ehtimalı daha ciddi qarşılansa da, hadisəyə görə “Ceyş əl-Fəth” qruplaşmasının məsuliyyəti üzərinə götürməsi mənzərəni müəyyən qədər dəyişmişdi. Bununla belə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfirinin qətlini FETÖ-nun təşkil etdiyini əminliklə bildirməsi diqqəti yenidən gülənçi şəbəkəyə yönəltdi:

“O adam FETÖ-nun üzvü olub, bunu gizlətməyə lüzum yoxdur. Açıq şəkildə etiraf etməliyik ki, polis strukturlarımız və ordu sıralarımızda bu çirkin təşkilatın üzvləri hələ də qalmaqdadır. Terror təşkilatına qarşı mübarizə bundan sonra da davam etdiriləcək və dövlət qurumları FETÖ-dən təmizlənəcək”.

Eyni zamanda, “Ceyş əl-Fəth” qruplaşmasının A.Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürməsi haqqında məlumatın təkzib olunması səfirə qarşı terror hücumunu FETÖ-nun təşkil etməsi ehtimalını daha da gücləndirdi. Bəzi təhlilçilər səfirin qətlinə görə “Ceyş əl-Fəth” qruplaşmasının məsuliyyəti üzərinə götürməsi barədə saxta məlumatların da FETÖ təmsilçiləri tərəfindən yayıldığını qeyd etdilər.

Yeniçağ.Az-ın məlumatına görə, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin dosenti Toğrul İsmayıl bildirib ki, Rusiya səfirinin qətlə yetirilməsindən sonra məlum terror şəbəkələrindən bir qrupu özlərini reklam etməyə, digər qrupu isə bu işlə bağlı istintaqı yayındırmağa cəhd göstərir:

togrul

“Bu baxımdan, Türkiyə və Rusiya mediasının daha diqqətli olması lazımdır. Hazırda televiziya efirləri müxtəlif məlumatlarla “zibillənib. Bu kimi hallar daha da çoxalacaq”. T. İsmayılın fikrincə, A.Karlovun öldürülməsinə görə “Suriya izi”nin dövriyyəyə buraxılması FETÖ şəbəkəsinə sərf edərdi:

“Əgər A.Karlovun qətlinə görə “Ceyş əl-Fəth” qruplaşmasının adının hallandırılmasında FETÖ-nun əli varsa, bu, gülənçilər üçün intihara bərabər hərəkətdir. Çünki bu addım ABŞ-a badalaq vurmaqdır. O halda gülənçilər gizlənməyə yer tapa bilməyəcəklər”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv