!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu gedişlə intiharlar artacaq..." - Ağlasığmaz İDDİA

!Reklam – Yazi

Bu günü də intihar xəbəri ilə açdıq. Özü də tanınmış bir yazarın ölümü idi… Son zamanlar bu kimi halların artması olduqca təhlükəli tendensiyadan xəbər verir: problemdən çıxış yolunu tapmayanlar xilas kimi intihara əl atırlar. Bəzən cəmiyyətdə bu kimi sosial problemlər və insanın ruh halı ilə əlaqələndirirlər. Məgər, intihar çıxış yoludurmu? İnsanı intihardan necə qurtarmaq olar?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan psixoloq Aytən Xasməmmədova bildirib ki, intiharla bağlı ilk olaraq sosial reklamlar və sosial kömək çox yüksək səviyyədə gücləndirilməlidir:

“İnsanın gizli fikirləri olur. İntihar edənin yazdığı son status və paylaşımlarını analiz etmək lazımdır. Digər tərəfdən də, intihar fikrinə düşən insanın ola bilməz ki, dostları və ya yaxınları onun depressiyada olduğundan xəbər tutmasınlar. Əgər intihar baş verirsə, intihardan öncəki fikirlər araşdırılmalıdır. Ümumiyyətlə, depressiyada olan insanın halını görüb, bilənlər onun qarşısını almalı və bir müddət o şəxsi tək buraxmamalıdırlar. Vaxtında mütləq şəkildə psixoloji-sosial reabilitasiya olmalıdır”.

Psixoloqun fikrincə, maskalanmış depressiya yaz fəslində daha da çox özünü büruzə verir:

“Fəsil dəyişən zaman bu kimi hallar ortaya çıxır. İnsanların ümumi xoşbəxtlik səviyyəsini artırmaq lazımdır. Bunun üçün də nəinki psixoloji baxımdan, burada sosial, maddi, bütün faktorlar baxılmalıdır ki, insanların xoşbəxtlik göstəricisi yüksək olsun. Burada ailədaxili konflikt, həyat mənasının, məqsədlərin, arzuların yerinə yetib-yetməməsi də ola bilər. Bütün bunların hamısı kompleks şəklində analiz olunub, aradan qaldırılmalıdır. Əgər məktəb vaxtından psixoloji bilikləri öyrənsək, artıq böyüyəndə intiharı sərt xəstəlik kimi qəbul edər və sui-qəsdə meyillilik göstərməz”.

Psixoloqun sözlərinə görə, depressiya artıq XXI-ci əsrin xərçəngidir:

“İnsanlıq inkişaf etdikcə hər şey ona asan gəlir. İnsan istədiyini əldə edə bilmədikdə, istəkləri əlçatmaz olduqda, bu kimi hallar baş verir. Ancaq əlçatmaz heç nə yoxdur, hər şey insanın özündən asılıdır. Artıq insanlarda istəklərə nailolma arzusu demək olar ki, yox dərəcəsindədir, motivasiya yoxdur. Psixoloji maarifləndirmə demək olar ki, mövcud deyil. Ona görə də bizdə vəziyyət daha da ağırdır”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

704
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv