!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gənc ilin həmkarı seçildi – FOTO

!Reklam – Yazi

f315f79e-37d1-4e5e-b754-9d1010b2b4cdBakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseynli Azərpaşa Beytulla oğlu “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” nominasiyası üzrə diplomla təltif edilib.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr edilən tədbir keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, bu sahədə həyata keçirilən islahatlardan söz açıb.

Səttar Mehbalıyev “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsi ilə bağlı məlumat verib. O bildirib ki, müsabiqənin məqsədi həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini gücləndirmək, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını daha yaxşı müdafiə etmək, təşkilatların nüfuzunu artırmaq, tələbə və şagirdləri ittifaqa cəlb etmək, daha yaxşı fəaliyyət göstərən həmkarlar ittifaqı fəallarının əməyini stimullaşdırmaq və sağlam rəqabət mühiti yaratmaqdır.
Qeyd edək ki, Hüseynli Azərpaşa 2014-cü ilin oktyabr ayından ictimaiyyətlə əlaqələr üzreə koordinatoru, eyni ilin noyabr ayından etibarən isə Jurnalistika fakültəsi üzrə FTHT sədridir. Universitet üzrə keçirilən “İlin ən yaxşı tələbəsi” musabiqəsinin qalibi olan Azərpaşa Hüseynli 2015-ci il aprel ayında TEMPUS SSDS layihəsi çərçivesinde Kutaisi konfransında BDU-nu təmsil edib.

BDU THİK İctimaiyyətlə əlaqələr departamenti

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv