104269_pa4d82b8r1Böyük Britaniya kral ailəsinin ən çox diqqətçəkən üzvü Keyt Middlton bu dəfə təəccübləndirib.

Hər zaman qənaətcil olduğu deyilən şahzadə xanımının bu il geyindiyi libaslara 174 min funt sterlinq (təxminən 220 min dollar) xərclədiyi bəlli olub. O, 2015-ci ildə isə geyimlərinə cəmi 43 min funt sterlinq (təxminən 55 min dollar) xərcləmişdi.

Bu artımın səbəbi isə Kembric hersoginyasının il ərzində bahalı marka libaslardan çox istifadə etməsidir. Hesablamalara görə, Middlton təkcə Kanada səfərində qarderobuna 62 min funt sterlinq (təxminən 80 min dollar) sərf edib.

Yayılan məlumat Keytin fanatları arasında qarşıdurma yaradıb. Bəziləri bu xərclərin bilərəkdən yüksək göstərildiyini deyiblər. Onlar bildiriblər ki, hətta bu xərclər doğru olsa, bunu şahzadə Uilyam ödəyir. Hersoginyanı müdafiə edənlər bir kral ailəsi üzvünün bu qədər xərcləməsini normal adlandırıblar.

Ancaq digər qrup insanlar bunu bədxərclik adlandırıb. Onlar mediada “Keyt qənaətcildir, bir paltarı bir neçə dəfə geyinir” kimi xəbərlərin sadəcə reklam xarakterli olduğunu bildiriblər. Tənqidçilər kral ailəsinin bir günlük xərcinin sadə vətəndaşın bir illik qazancından çox olduğunu deyirlər.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."