Bu gün AŞPA-nın payız sessiyası başlayır

Bu gün AŞPA-nın payız sessiyası başlayır

Müəllif: Baş Redaktor

Baş Redaktor

ASHPA Parlament AssambleyasiSessiyada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayır. Sessiya oktyabrın 3-dək davam edəcək.

İlk iş günündə qurumun prezidenti bəyanatla çıxış edəcək, daha sonra bir sıra komitələrin tərkibinə dəyişikliklər edilməsi nəzərdə tutulub. Büro və Daimi Komitənin tərəqqi hesabatı, Türkiyədə keçirilmiş prezident seçkiləri ilə bağlı hesabat da təqdim olunacaq.

Sessiyanın ilk günündə Ukraynadakı böhran, “İŞİD”in yaratdığı təhlükələr də müzakirə ediləcək.

Oktyabrın 2-də isə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq.

Payız sessiyasında həmçinin Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, “Vatslav Havel” İnsan Hüquqları Mükafatı təsis olunacaq, Gürcüstan və Albaniyaya dair monitorinqin nəticələri açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün artıq Strasburqa yollanıblar. Nümayəndə heyətinə deputatlar Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir(apa).

Siyasət, Manşet

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti