Yazı İçi 468×60

0b48dfcbf0d0424d33ddb322a01ea2c7Bu gün SSRİ-nin ilk özəl telekanalı ANS-in (Azerbaijan News Service) fəaliyyətə başlamasının 24 ili tamam olur.

ANS televiziyası 1991-ci il noyabrın 26-da Vahid və Seyfulla Mustafayevlər və Mirşahin Ağayev tərəfindən yaradılıb.

Telekanal efirə ilk dəfə həmin gün “Xəbərçi” verilişi ilə çıxıb. Birinci yayım günündə aparıcı Mirşahin Ağayev olub.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədəki ictimai-siyasi hadisələr haqqında ANS telekanalının efirində operativ məlumatlar yayımlanıb. ANS telekanalı vasitəsilə Dağlıq Qarabağ münaqişəsi, cəbhə xəttində baş verənlər, habelə Xocalı soyqırımı ilə bağlı əhaliyə dolğun informasiyalar çatdırılıb.

ANS Azərbaycan teleməkanında bir çox yeniliyə imza atıb. 2000-ci ilin sentyabrından Azərbaycan televiziya tarixində ilk dəfə olaraq, UEFA Çempionlar Liqasının oyunları yayımlanmağa başlayıb. Habelə, ANS telekanalı Çeçenistanın səhra komandiri Şamil Basayevdən müsahibə alıb.

ANS müxtəlif illərdə BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAİ kimi nüfuzlu kanalları reportajlarla təmin edib.

ANS televiziyası fəaliyyətini əsasən, xəbər üzərində qursa da, sonrakı illərdə fəaliyyət dairəsini genişləndirərək ANS Şirkətlər Qrupuna çevrilib.

ANS Şirkətlər Qrupuna “ANS TV”, Milli qəhrəman Çingiz Mustafayevin adını daşıyan “ANS ÇM” radiosu, ANS PRESS Nəşriyyat Evi və “BakıFilm” Kinostudiyası daxildir.

ANS Şirkətlər Qrupunun sahibi Vahid Mustafayevdir(APA)

ANS-in şüarı “Dəqiq, qərəzsiz, vicdanlı”dır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."