Bu gün Azərbaycanda Gənclər günüdür

Müəllif: Redaktor

Editor

Bu gün – fevral ayının 2-si Azərbaycanda Gənclər Günüdür.

Gənclər Günü 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.

Dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilib.

Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali kateqoriyası gənc sayılır. Bu məntiqlə ölkə vətəndaşlarının 1/3 hissəsi, yəni 3 milyon nəfərə yaxını gənclərdir və bu gün onların bayramıdır.

Elmi fəaliyyətlə maraqlanan gənclərimiz çoxdur. 2016-cı ilin əvvəlinə 111 fəlsəfə doktorlarının hazırlanması proqramını həyata keçirən müəssisələrdə 2282 nəfər təhsil alıb və onların da 1323 nəfəri və ya 58 faizi 30 yaşa qədər olan gənclərdir.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir