www.sinerjipro.net

SinerjiProWide
Reklam

360332_46523497 il öncə Qafqaz İslam Ordusu paytaxtımızı düşmənlərdən azad edib.

15 sentyabr Bakının erməni-bolşevik işğalından azad edildiyi gündür. 97 il öncə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanın düşmənlərdən azad edilməsi prosesini başa çatdırdı.

Baş verən döyüşlərdə Osmanlı ordusu 1200-dən çox şəhid verdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunarkən, ölkəmizin böyük hissəsi düşmənlərin əlində idi. Birinci Dünya müharibəsində məğlub olmalarına baxmayaraq, Osmanlı Türkiyəsi Azərbaycanı azad etmək üçün 14 minlik ordu göndərdi. Azərbaycan və Dağıstan də daxil olmağnan, ümumi sayı 20 mindən çox olan Qafqaz İslam Ordusu qısa müddətdə AXC-nin sərhədlərinin bərpa olunmasında, torpaqlarımızın azad edilməsində xüsusi qəhrəmanlıq göstərdi. 1918-ci ilin noyabr ayına qədər türk ordusu Azərbaycanda qaldı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."