!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Cahangir Hacıyevə hökm oxuna bilər

!Reklam – Yazi

cahahangir20161010Bu gün Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev və onunla birgə ittiham olunaraq həbs olunan 7 nəfərə hökm oxuna bilər.

Məhkəmə prosesinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev sədrlik edəcək.

Prosesdə Cahangir Hacıyevin son söz deyəcəyi gözlənilir. Belə ki, ötən məhkəmədə Cahangir Hacıyev son söz üçün məhkəmədən bir həftə vaxt istəmişdi.

Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyevin 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birinin 8 il, İbrahim Hüseynovla Yusif Ələkbərovun 11 il, Azad Cavadovun isə 12 il 11 ay azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin sabiq direktoru İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının sabiq direktoru Kənan Orucov, bankın Nərimanov filialının sabiq direktoru, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv