Bu gün Cavid Hüseynovun apelyasiya şikayətinə baxılacaq

Müəllif: Redaktor

Editor

cavid_hueynov50807111346095_1“31 avqust tarixində saat 16:00-da Bakı Apelyasiya Məhkəməsində “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovla bağlı apelyasiya şikayətinə baxılacaq”.

Bu haqda  futbolçunun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib.

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Səbail rayon Məhkəməsi Cavid Hüseynovu həbs edib.

Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs – qəti imkan tədbiri seçilib.

Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır. Daha sonra Səbail rayon Məhkəməsi futbolçu haqda həbs qətimkan tədbirinin ev qustaqlığı ilə əvəz olunması üçün qaldırılan vəsatəti təmin etməyib. Vəkili məhkəminin qərarından Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib(modern).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır