!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün ən çox gül bağışlanan qadın…

!Reklam – Yazi

20 YANVAR – ETÜDÜ – FOTOSESSİYA

Yeniçağ.az  PrimeTime.az-ın layihəsini təqdim edir:

Mən də anam kimi ailə qurub yaxşı övladlar böyüdürdüm. Uşaqlar xəstələnəndə səhərə qədər yatmır, ərimə bir şey olanda qorxurdum. Mən də hamı kimi dar gündə kədərlənir, xoş gündə sevinirdim. Bayramlarda süfrə açırdım,qonaq-qaram olurdu. Ailəsinə bağlı adi arzuları olan bir qadın həyatı yaşayırdım. Belə də davam etməyi düşünürdüm. Sonra arzularım dəyişdi. Hamısı birləşib böyükləşdi…

Vətənimi müstəqil görmək istədim. Hər gün bir az daha çox sarıldı mənə bu arzu.Hər gün daha həsrətlə dikildi gözlərim Azadlıq meydanlarına. Bir gecə Azadlıq cəlladları ölümü şəhərimizə göndərdilər. İşlərimi yarımçıq qoyub qardaşlarımıza arxa olmağa qaçdım. Anam deyirdi ki, kişilər nə qədər güclü olsalar da onlar həm də uşaq kimidilər. Çətin anlarda yanlarında olmaq,onları qorumaq lazımdı.Anam həm də deyirdi ki,kişilər arxalarından qadın hənirtisi eşidəndə ölümün qarşısını daha inadla kəsirlər. Tələsik küçəyə çıxdım. Hər yan insan idi. Şəhərini, ölkəsini qorumaq və nəhayət ki, Azadlığını qazanmaq üçün ölümün qarşısına çıxan insanlar. Onlara qoşuldum. Biz o qədər çox idik ki, ölümün qaçmağa yeri qalmırdı. Nə qədər öldürürdü qurtarmırdıq. Nə qədər qan axıdırdı, torpaq həsrətlə o qanı ciyərlərinə çəkib azadlığımıza güc verirdi. Hər tində, hər küçədə uşaq, qoca, cavan, sinəmizi ölümün qarşısına verir, onu küçədən küçəyə, tindən-tinə daşıyıb, artıq doğulmaqda olan Azadlığımızı qorxudub kölə etməsinə imkan vermirdik. Ölümün ölən gecəsi idi 1990-cı ilin 19 günlük o yanvar gecəsi. O gecə biz hər addımda ölümü bağrımıza sıxıb qanımızda boğduq, qalanlarımız xoşbəxt, Vətənimiz Azad yaşasın deyə. O gecə biz ölümü özümüzlə birlikdə torpağa gömüb,ətrafında Azad,Müstəqil Azərbaycan ucalacaq böyük bir xiyaban yaratdıq…

Səhər göydən qərənfillər yağdı. Çoxlu qırmızı qərənfil.Örtdülər ölümün əməllərinin üstünü,yudular küçələrin qanını öz ləçəkləri ilə. Sonra divarlardan qara mərmər pəncərələr açıldı. Həmin pəncərələrdən o gecə Azadlıq cəlladını öz qanlarında boğan insanlar boylanmağa başladı. Göz qırpmadan Azərbaycanın Müstəqilliyinin əbədi məşəlinə keşik çəkən uşaqlı-böyüklü, kişili-qadınlı insan baxışları. Mən də onların arasındayam. O vaxtdan mən də ətrafımdakılar kimi bütün qalan işlərimi kənara qoyub öz pəncərəmdən hamımızın Azadlığını seyr edirəm…

Layihə rəhbəri: Türkan Məmmədli

 

www.yenicag.az

804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv