Bu gün helikopterlər satışa çıxarılır – Azərbaycanda

Müəllif: Redaktor

Editor

Bu gün Azərbaycanda helikopterlər hərraca çıxarılacaq.

Hərraca çıxarılan vertolyotları ala bilmək üçün azı 10% həcmində beh verilməlidir.

Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilir (Zeynal Xəlil küçəsi 11a). Hava nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Hərraca çıxarılanlar Mİ-8 tipli helikopterlərdir. Onlar 1991-93-cü il istehsalıdırlar. Hava gəmisinin satış qiyməti 130023 manatdan başlayır. (Ans)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır