Yazı İçi 468×60

neft_mektebi_exam_200515_03Bu gün Azərbaycanda ilk buraxılış imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları təşkil edib. İmtahanda ümumilikdə 45827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 25530, XI sinif üzrə 20297).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır. İmtahanların idarə olunmasına ümumilikdə 370 imtahan rəhbəri, 4172 nəzarətçi-müəllim ayrılıb.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 74 imtahan mərkəzi ayrılıb. Həmin gün 25530 (Lənkəranda 2119, Astarada 1193, Masallıda 2151, Lerikdə 664, Yardımlıda 710, Cəlilabadda 2373, Biləsuvarda 1414, Şirvanda 1054, Salyanda 1521, Neftçalada 780, Hacıqabulda 760, İmişlidə 1330, Saatlıda 1039, Sabirabadda 2016, Qubada 1977, Şabranda 675, Qusarda 1093, Xaçmazda 1999, Xızıda 166, Siyəzəndə 496) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 74 imtahan mərkəzi ayrılıb. Həmin gün 20297 (Lənkəranda 1872, Astarada 831, Masallıda 1648, Lerikdə 478, Yardımlıda 784, Cəlilabadda 1738, Biləsuvarda 1123, Şirvanda 732, Salyanda 1227, Neftçalada 657, Hacıqabulda 612, İmişlidə 1190, Saatlıda 782, Sabirabadda 1953, Qubada 1272, Şabranda 459, Qusarda 929, Xaçmazda 1576, Xızıda 93, Siyəzəndə 341) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı gözlənilir.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 66
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."