Ads by Google

hightechnic
Ads by Google

401116028Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ötən gün ölkə ərazisində yaranan internet problemi ilə bağlı məsələyə yenidən aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov AzVision.az-a açıqlamasında bildirib ki, dünən günün ikinci yarısından etibarən ölkə əraisində internet təchizatı ilə bağlı yaranan problem tam olaraq aradan qaldırılıb”. “Ötən gün təxminən saat 22:00 radələrində problem aradan qaldırılıb. Hazırda ölkə üzrə əvvəlki qaydada internet var, şəbəkəyə qoşulmada problem yoxdur. Narahat olmağa dəyməz”,- deyə M.Əmirov bildirib.

Qeyd edək ki, ötən gün saat 16:00 radələrindən axşam saat 22:00-dək ölkə üzrə internetə çıxış mümkün olmayıb. Buna səbəb kimi ölkənin əsas internet provayderi olan “Delta Telekom” MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğın göstərilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."