Yazı İçi 468×60

Bu gün Missiya.Az informasiya portalının 1 yaşı tamam olur.

Ötən il sentyabrın 23-də fəaliyyətə başlayan portal bir il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.

24 saat onlayn rejimdə fəaliyyət göstərən Missiya.Az-ın rusdilli versiyası da bir neçə aydır ki, oxucuların ixtiyarına verilib və artıq bu istiqamətdə də uğurlu nəticələr qeydə alınır.

Portalın baş redaktoru İdrak Camalbəyli bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: “Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən bir il ərzində Missiya.Az-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Media məkanında xəbərlərimizdən demək olar ki, hər gün bu və ya digər dərəcədə istifadə olunur. Həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də dövrün tələbinə uyğun olaraq əyləncəli xəbərlərlə işləyirik. Əməkdaşlarımız Türkiyə, Rusiya mətbuatından maraqlı xəbərlər tərcümə edir. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq”.

İ.Camalbəyli onu da bildirib ki, qarşıdakı müddətdə Missiya.Az öz fəaliyyətini daha da genişləndirəcək: “Sıralarımızı böyütməyə, texniki imkanlarımızı daha da gücləndiriməyə çalışırıq. Hədəfimiz daha böyük izləyici auditoriyası toplamaqdır. Bu istiqamətdə konkret fəaliyyət proqramımız var. Axsayan və üstün tərəflərimizi təhlil edirik ki, növbəti mərhələlərdə büdrəməyək”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 91
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."