IMG_37771477809041Bu gün Moldovada prezident seçkiləri keçirilir.

Modern.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, son 16 ildə ilk dəfə dövlət başçısı ümumxalq səsverməsi ilə 4 il müddətinə seçiləcək.

Bundan əvvəl prezident parlamentdə seçilib. Səsvermə məntəqələri yerli vaxtla saat 07.00 açılıb, saat 21-00-da başa çatacaq. Moldovada 3,131 milyon səsvermə hüququ olan şəxs var. Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizə Rusiya ilə yaxınlaşmaq və Avropaya inteqrasiya tərəfdarları arasında gedir. Əsas mübarizənin Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu arasında gedəcəyi ehtimal edilir. İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.

Seçkinin ilkin nəticələri bazar ertəsi səhər saatlarında açıqlanacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."