Yazı İçi 468×60

8a746f632eee“Avro-2008” də xorvatlarla çexlər yenə Türkiyə ilə bir qrupda idi; çexlərlə yollaşmaq mümkün, Xorvatiya isə acımasız rəqibdir

Bu gün Azərbaycanda da diqqət və böyük həyacanla izlənəcək Türkiyə milli komandası “Avro-2016” da  ilk oyununa çıxacaq. Bakı vaxtilə saat 17-də başlayacaq oyunda Türkiyə  milliləri Xorvatiya ilə qarşılaşacaq. Heç şübhəsiz 47 min 294 min azarkeş tutan Parisdəki “Park de Prens”dəki oyuna  76 milyonluq Türkiyə kimi, Azərbaycanda hamılıqla azarkeşlik edəcək. Başqa komandaya da azarkeşlik etmək olar, amma  Türkiyə bu gün Fransadakı 24 komandanın 1-cisidir. Türkiyə bizim bu qarışıq dünyada tək qardaşımızdı. Qardaşdan küsmək, incimək olar, amma o başqası ilə yarışanda başqasına azarkeşlik etməkmi olar?
D qrupu. Türkiyəmiz…Sonra ? Xorvatiya! Sonra  Çexiya. Sonra…Dünya birincisi İspaniya. Bəxtsiz püşk.  Xorvatiya və Çexiya Türkiyə milliləri üçün ənənəvi rəqiblərdir. Həm də çətin rəqiblər. Düzdür, AÇ asan rəqib yoxdur, amma həm xorvatlar,həm çexlər Türkiyənin “alın yazısı” kimi sanki…
Baxın, 2008-ci il çempionatında xorvatlarla, çexlər yenə Türkiyə ilə bir qrupda idi. Çexlərlə yenə yollaşmaq mümkün, Türkiyə son seçmə mərhələdə  elə Çexiyaya vurulan qollar sayəsində Fransaya gələ bildi. Xorvatiya isə acımasız komandadır!  Ötən həftə San-Marino ilə yoldaşlıq görüşündə qapıya 10 cavabsız top vurmaq nə?
2008-ci il Avropa çempionatında ¼ finalda Xorvatiya ilə Türkiyənin dramatik oyununu xatırlayırsızmı? Semihin 120-ci dəqiqədə vurduğu bərabərlik qolu, sonra penallaşmalarda 3:1 qalibiyyəti şəxsən mən unuda bilmirəm. Çünki 15 dəqiqə sonra Türkiyə səfirliyinin yeni binasının qarşısındakı qutlamalarda mən də vardım…
Amma xorvatlar borclu qalmadılar. 2012-də Türkiyənin Avropa çempionatına gedən yolunu bağladılar. Həm də çox acımasız. Keçid oyununda İstanbulda 50 dəqiqəyə Türkiyənin qapısında 3 cavabsız top keçirərək “Avro-2012”yə özləri vəsiqə qazandılar.
Qos-qoca Türkiyə ilk dəfə Avropa çempionatında 1996-cı ildə oynamaq hüququ qazanıb. Amma elə ilk mərhələdə hər üç görüşdə məğlub olaraq çempionatı tərk edib. 2008-ci AÇ-də FatihTerimin komandası xorvatlardan əvvəl çexləri məğlub etmişdilər, yarımfinalda rəqib Almaniya olmasaydı…
Türkiyədən umacağımız nə? Qrup çətin qrupdur, hətta məncə elə “ölüm qrupu” elə bu qrupudur. Hər oyunda “ölüb- dirilmək” heç istəməzdik, amma Türkiyəyə asan olmayacaq. Komandada problemləmlər var, xüsusilə müdafiədə.  Amma Türkiyə millisinin bir güclü silahı da var: ruh! İstanbulu fəth edən, qeyri-bərabər Çanaqallı savaşını qazanan türk ruhu!  Türkiyə qrupdan növbəti mərhələyə çıxmalıdır, ispanlarla heç-heçə, xorvatlarla çexlərə isə qalib gəlməklə…Növbəti mərhələ üçün bir qələbə, bir heç-heçə mütləq lazım!
Terimin “ay- ulduzluları”nın heyəti:
Qapıçılar: Volkan Babacan (“MedipolBaşakşehir”), OnurRecepKıvrak (“Trabzonspor”), HarunTekin (“Bursaspor”)
Müdafiəçilər: GökhanGönül, ŞenerÖzbayraklı (hər ikisi “Fənərbaxça”), Hakan Balta (“Qalatasaray”), CanerErkin (“Fənərbaxça”), İsmayıl Köybaşı (“Beşiktaş”), SemihKaya(“Qalatasaray”), AhmetÇalık (“Gənclərbirliyi”)
Yarımmüdafiəçilər: Mehmet Topal (“Fənərbaxça”), Səlçuk İnan (“Qalatasaray”), Ozan Tufan (“Fənərbaxça”), OğuzhanÖzyakup (“Beşiktaş”), HakanÇalhanoğlu (“Bayer” Leverkuzen), Nuri Şahin (“Borussiya” Dortmund), Arda Turan (“Barselona”), OlcayŞahan (“Beşiktaş”), VolkanŞen (“Fənərbaxça”), Emre Mor (“Nordsjaelland”),
Hücumçular: Burak Yılmaz (“Pekin Qoan”), CenkTosun (“Beşiktaş”), Yunus Mallı (“Maynts”).
Xorvatlar-Avropanın parlayan ulduzları
Xorvatiya millisi daima qitə çempionatınlarına  öz oyunu ilə rəng qatır və bu komandaya meydanda izləmək də ayrı zövqdür. Oyunçuları Avropanın nəhəng klublarında parlayan xorvatlar çoxdandır ki, qitə miqyaslı yarışlarda özlərini göstərə bilmirlər. Bu dəfə onlar da  çempionatda özlərin təsdiqləməyə çalışacaqlar. Bu yolda isə hətta İspaniyanı da “aşırmğa” qadirdilər. “Avro-2012” də bəxtləri gətirmədi,   çempionatın finalında oynayacaq İspaniya və İtaliyanın olduğu qrupa düşdülər və ilk mərhələdən evə qayıtdılar…
Yuqoslaviyanın dağılmasından sonra Xorvatiya millisi 4 dəfə AÇ final mərhələsinə vəsiqə qazanıb. Bu dəfəki seçmə mərhələdə  H  qrupunda İtaliyadan sonra ikinci yeri tutaraq “Avro-2016”ya  qatılıb.
Xorvatiya millisinin baş məşqçisi Ante Çaçiç Livakavoç və Çaleta-Çara kimi yarımmüdafiəçiləri çempionata aparmamasını uefa.com saytına belə izah edib: “Bu asan qərar deyildi, amma baş məşqçi kimi mənim işim hansı oyunçunun komandaya daha çox lazım olduğunun qərar verməkdir”. Məlumatlara görə, Xorvatiya milisinin orta xətti Luka Modriç, İvan Rakitiç, İvan Pereşiç  və Marçelo Brozoviç kimi futbolçular olduğu üçün çempionata getməyənlərin yeri boş qalmayacaq.
Xorvatlar Fransaya bu heyətlə gəlib:
Qapıçılar: Daniel Subaşiş (“Monako”, Fransa), Lovre Kaliniç (“Hayduk”), İvan Varqiç ( “Rijeka”), Dominique Livakovich (“Zaqreb”)
Müdafiəçilər: DariyoSrna (“Şaxtyor”, Ukrayna), VedranCorluka (“Lokomotiv”, Rusiya), ŞimeVrsalyko (“Sassuolo”, İtaliya), Domaqoy Vida (“Dinamo”, Ukrayna), İvanStriniç (“Napoli”, İtaliya ), QordonŞildenfeld (“Dinamo”, Zaqreb), Tin Edvay (“Bayer”, Almaniya), DueÇaleta-Çar (“Zalsburq”, Avstriya).
Yarımmüdafiəçilər: İvan Rakitiç (“Barselona”, İspaniya), Luka Modriç, Mateo Kovaçiç (hər ikisi “Real”, Madrid), Milan Badel (“Fiorentina”, İtaliya), İvan Perişiç, Marselo Brozoviç (hər ikisi “İnter”, İtaliya ), Domaqoy Antoliç, Marko Horn, Ante Koriç (hamısı “Dinamo”, Zaqreb), Alen Haliloviç (“Sportinq”, İspaniya)
Hücumçular: Mario Mandzukiç (“Yuventus”, İtaliya), Nikola Kaliniç (“Fiorentina”, İtaliya), Andrey Kramariç (“Hoffenhaym”, Almaniya), Due Çop (“Malaqa”, İspaniya), Marko Piazza (“Dinamo”, Zaqreb).
Qeyd edək ki, görüşü isveçli referi Yonas Eriksson idarə edəcək. Ona həmyerlilərindən Matias Klaseniusla Daniel Varnmark yan xətt, Stefan Yohanessonla Markus Strömberqsson əlavə köməkçi hakim qismində yardımçı olacaq.
D  qrupunun lideri – ispanlar  
Yuxarıda da qeyd etdiyimiz kimi, D qrupu ən çətin qruplarından biri hesab oluna bilər.
Əvvəla ona görə ki, Braziliyadakı mundialda əzilmiş sonuncu Avropa çempionu İspaniya bu qrupdadır və Fransaya kubok arxasınca gəlib.
İlk dəfə 1964-cü ildə Avropa çempionu olan İspaniya uzun illər heç bir uğuru ilə yadda qalmayıb, indi isə dünya futbolunda meydan oxuyur. 2008 və 2012-ci illərdə Avropa çempionluğunu bayram edən İspaniya dünyanın ən güclü komandaları reytinqində də lider olaraq qalır.
İspaniya bu çempionata qızıl üçün gəlir, amma apardığı nə olacaq, bu barədə nəsə  sabah Çexiya ilə oyunundan sonra söyləmək olar.  İspaniyanın 4 il əvvəlki nailiyyətini təkrar edəcəyinə açığı şübhələr var. Amma seçmə mərhələdə 30 mümkün xaldan 27-sini toplayan ispanlar Fransadan çətin ki, əli boş getməyi düşünsünlər.
İspaniya milli komandasının baş məşqçi Visente Del Boske “Çelsi”nin forvardı Dieqo Kosta, “Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Mata və “Atletiko” Madridin hücumçusu Fernando Torres milliyə çağırımamaqla İspaniyanın mümkün uğursuzluğunu “sığortaladı”.  İspaniya uğursuz oynasa,“bu oyunçuları niyə aparmadın?”soruşub Del Boskeni qınayacaqlar. Onun isə tənqidlərdən xoşu gəlir, daha dəqiqi onlar vecinə almır.
İspaniyanın heyəti belədir:
Qapıçılar: İker Kasilyas (“Portu”, Portuqaliya), David de Xea (“Mançester Yunayted”, İngiltərə), SerxioRiko (“Sevilya”)
Müdafiəçilər: Serxio Ramos, Daniel Karvahal (hər ikisi “Real”, Madrid), Jerar Pike, Jordi Alba, Mark Bartra (hamısı “Barselona”), Sezar Aspilikueta (“Çelsi”, İngiltərə), Xuanfran (“Atletiko”, Madrid)
Yarımmüdafiəçilər: Bruno Soriano (“Vilyareal”), Serci Buskets, Andres İniyesta (hər ikisi “Barselona”), Koke, Saul Niqes (hər ikisi “Atletiko”, Madrid), Tiaqo Alkantara (“Bavariya”, Almaniya), İsko (“Real”, Madrid), Pedro Rodriqes, Sesk Fabreqas (hər ikisi “Çelsi”), David Silva (“Mançester Siti”, İngiltərə), Mikel San Xose (“Atletik” Bilbao)
Hücumçular: Arits Aduris (“Atletik”, Bilbao), Nolito (“SeltaViqo”), Alvaro Morata (“Yuventus”, İtaliya), LukasVaskes (“Real”, Madrid).  
 
Çexiya millisindən sürpriz gözləyəkmi?  
Çexiya müstəqillik qazandığı 20 ildə bütün AÇ iştirak edib. 1996-cı ildə qatıldığı ilk AÇ-də  bürünc mükafata sahiblənib. Çexlər həmin çempionatda hətta Almaniyanı da udacaqdılar. Əgər Oliver Birxoff  “qızıl top” vurmasaydı…“Avro-2004”də Çexiya yarımfinala yüksılib. 2012-ci il Avropa çempionatında da çexlər Mixail Blekin rəhbərliyi ilə1/4-dək irəliləyib.
Çexiya  futbolu Rusiyadakı son dünya çempionatda izlədiyimiz kimi hətta hokkeydə də enişdədir və Fransada onlardan bu dəfə  bəlkə də sürpriz gözləməyə dəyməz.
Çexiya millisinin baş məşqçisi Pavel Vrba 23 nəfərlik heyətə aşağıdakı futbolçuları daxil edib:
Qapıçılar: Petr Çex (“Arsenal”, İngiltərə), TomaşLubek (“Slovan”), TomaşVaçlik (“Bazel”, İsveçrə)
Müdafiəçilər: Teodor Cebre Selasie (“Verder”), Roman Qubnik, David Limberski (hər ikisi “Viktoriya”), Pavel Kaderbaj (“Hoffenhaym”), MixalKadleç (“Fənərbaxça”), Tomaş Sivok (“Bursaspor”), Marek Suxi (“Bazel”)
Yarımmüdafiəçilər: Daniel Pudil (“Şeffild Uensdey”), Vladimir Darida (“Herta”), Borek Doçkal, Ladislav Qreyçki (hər ikisi “Sparta”), Daniel Kolarj (“Viktoriya”), David Pavelka (“Kasımpaşa”), Yaroslav Plaşil (“Bordo”), Tomaş Rositski (“Arsenal”)
Hücumçular: İrji Skalak (“Brayton”), Yozef Şural, David Lafata (hər ikisi “Sparta”), Tomaş Neçid (“Bursaspor”), Milan Şkoda (“Slaviya”)/Musavat.com









 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."