www.sinerjipro.net

SinerjiProWide

Bu gün pilotlar Təbriz Musazadə, Ürfan Vəlizadə və Bəkir İsmayılovun anım günüdür - Foto

Reklam

Bu gün qoşunların təmas xəttində Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən həlak olan pilotlar – mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə və baş leytenant Bəkir İsmayılovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür.

Yeniçağ.az Report-a istinadən xəbər verir ki, bu münasibətlə anım tədbirləri keçirilib.

Mərasimlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin zabit heyəti, şəhidlərin hərbçi yoldaşları, yaxınları, eləcə də yerli icra hakimiyyətlərinin rəhbər nümayəndələri iştirak ediblər.

T.Musazadə, Ü.Vəlizadə və B.İsmayılov ötən il aprel döyüşlərində şəhid olub. Hər üç pilot II Fəxri xiyabanda dəfn edilib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 129
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."