!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün prezident İrana səfər edəcək

!Reklam – Yazi

6f849ea5-9806-42e7-a3ec-d280e009ca58_292Azərbaycan prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfər edəcək.
“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Cabir Ənsari məlumat verib.

O bu günlərdə Azərbaycan, İsveçrə və Cənubi Afrika prezidentlərinin İrana səfər edəcəyini bildirib.
Ənsarinin sözlərinə görə, Azərbaycan prezidentinin Tehrana səfəri çərşənbə axşamı gözlənilir. İsveçrə prezidenti Yohann Niklaus Şnayder-Amman İrana 26-28 fevral aralığında, CAR prezidenti Ceykob Zuma isə fevralın 29-da səfər etməlidir.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan prezidenti İlham Əliyevin fevralın sonlarında İrana səfər edəcəyini məlumat vermişdi. O səfərin İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacağını, həmçinin səfər zamanı iqtisadiyyat və enerji sahələrində ikitərəfli sənədlərin imzalanacağını bildirmişdi.

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv