!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Rusiyada matəmdir

!Reklam – Yazi

bu-gn-rusiyada-mummilli-matm-gndr_1Bu gün Rusiya Federasiyasında matəmdir.

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin Soçidə qəzaya uğraması ilə əlaqədar dekabrın 26-nı matəm günü elan edib.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, həmçinin hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları və heyət üzvləri olub.

Axtarış işlərinə əlavə 1300 hərbçi cəlb olunub. Ümumiyyətlə Qara dənizdə axtarışlar 32 gəmi, 80 dalğıc və beş helikopter tərəfindən aparılır. Bundan başqa, axtarış işlərində pilotsuz uçuş aparatlarından və uzaqdan idarəolunan sualtı cihazlardan da istifadə edilir.

Təyyarədəki sərnişinlərdən indiyədək 12 nəfərin cəsədi tapılıb.

 

Yenicag.az

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv