!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Strasburqda Avroparlamentin yeni sədri seçiləcək

!Reklam – Yazi

Bu gün Strasburqda gizli səsvermə ilə Avroparlamentin yeni sədri seçiləcək.

Yeniçağ.Az APA-ya istinadən verdiyi xəbərə görə, seçkiyə yerli vaxtla saat 09:00-da start veriləcək. Namizəd qələbə üçün 50% üstəgəl bir səs toplamalıdır.

Avroparlamentin yeni sədri postu uğrunda üç nəfərin mübarizə aparacağı bildirilir. Bunlar 63 yaşlı italiyalı Antonio Tayani (“Avropa Xalq Partiyası”), onun həmvətəni, 58 yaşlı Canni Pitella (“Avropa Sosialistləri Partiyası”) və Avropa Parlamentində liberal demokrat qrupunun rəhbəri, 63 yaşlı belçikalı Qi Verhofstadtdır.

Parlamentarilər həmçinin 14 sədr müavini, eləcə də inzibati və maliyyə məsələləri ilə məşğul olacaq 5 məsul şəxsi seçəcəklər.

Yeniçağ.Az

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv