Bu gün Zəlimxan Yaqubla vida mərasimi olacaq

Müəllif: Redaktor

Editor

wwBu gün Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubla vida mərasimi keçiriləcək.

Xalq şairi ilə vida mərasimi saat 12.00-dən 14.00-dək Təzə Pir məscidində keçiriləcək. 66 yaşında vəfat edən Zəlimxan Yaqub birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra yanvarın 9-da dünyasını dəyişib. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir