www.sinerjipro.net

SinerjiProWide
Reklam

as_1479058140Azərbaycanda bu ilin 11 ayında baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 695 nəfər həlak olub, 1887 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 185 fakt (9,1%), həlak olanların sayı 121 nəfər (14,8%), yaralananların sayı 182 nəfər (8,8%) azalıb.

Bakı şəhəri ərazisində 621 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 170 nəfər həlak olub, 640 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 111 fakt (15,2%), 39 nəfər (18,7%), 138 nəfər (17,7 %) azalıb. Yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadaların vurulması təşkil edib, nəticədə 283 piyada həlak olub, 591-i yaralanıb. (APA)

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."