Bu il əhali 1 milyard manatdan çox kredit faizi ödəyib

Müəllif: Redaktor

Editor

kredit2016-cı ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,9 faiz artaraq 40028,5 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən “Yeniçağ.az”a verilən məlumata görə, gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 8,9 faizi isə yığıma yönəldilib. Beləliklə, əhali 11 ayda kredit faizlərinin ödənməsinə 1 milyard manatdan yuxarı vəsait sərf edib.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin noyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15820,0 milyon manat təşkil etməklə, 2015-ci il noyabrayının 1-i ilə müqayisədə 14,8 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği isə ümumi kredit portfelinin 8,7faizini (1,4 milyard manata yaxın) təşkil edib.

İqtisadiyyat şöbəsi
Yenicağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır