Yazı İçi 468×60

avtobu3Sentyabr ayının 1-dən Bakıda altı marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək.

Bu barədə “Xaliq Faiqoğlu” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fizuli Sadıqov deyib.

Onun sözlərinə görə, bu sistem 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrutlar üzrə hərəkət edən 130 avtobusu əhatə edəcək.

F.Sadıqov bildirib ki, avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşır. Bununla yanaşı, avtobuslarda müşahidə kameraları quraşdırılır.

F.Sadıqov əlavə edib ki, cihazların quraşdırılması başa çatdıqdan sonra gediş haqqı metroda və “BakuBus” MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək.

Qeyd edək ki, yuxarıda qeyd olunan 6 marşrut “Xaliq Faiqoğlu” şirkəti tərəfindən istismar olunur.(trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."