!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu marşrutun hərəkət istiqaməti dəyişdirilidi

!Reklam – Yazi

226684_465121-1Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata əsasən dəyişikliyə əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzalından çıxdıqdan sonra “Moskva” prospektinə oradan isə Dadaş Bünyadzadə küçəsi ilə hərəkər edərək A.M. Şərifzadə küçəsi ilə yolunu davam etdirəcək.

Bu dəyişikliyin edilməsinin əsas səbəbi 2-ci Alatava qəsəbəsi sakinlərinin metronun “İnşaatçılar” stansiyasına eləcə də, şəhər mərkəzi istiqamətində gediş gəlişini asanlaşdırmaqdır. Dəyişiklikdən sonra Alatava sakinlərinin Bakı Beynəlxalq Avtovağzalına gediş gəlişi də asanlaşacaq.

Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 03.12.2016-cı il tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

 

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv