!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu məntəqədə seçicilərin 93,44 faizi səs verdi – FOTO

!Reklam – Yazi

unnamedAzərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi (referendum) ilə bağlı Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyində seçicilərin səsverməsi yekunlaşmışdır.

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi 16 saylı Yasamal seçki dairəsinin tərkibində yaradılmış 33 saylı referendum məntəqəsi kimi fəaliyyət göstərmişdir.

Bişkekdə yaşayan və işləyən, səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımız, hətta Bişkekdə ezamiyyətdə olan vətəndaşlarımız da Səfirliyə gəlib referendumda iştirak etmişlər.

Səfirlikdə keçirilən ümumxalq səsverməsində Qırğız Respublikasının Seçkilər və Referendumların Keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının nümayəndəsi xanım Lyudmila Kutuyeva, beynəlxalq müşahidəçilər və Qırğızstanın kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv