“Bu, Mərkəzi Bankın manevr imkanlarını məhdudlaşdırır” – İqtisadçı ekspert

Müəllif: Redaktor

Editor

bank“”Strateji yol xəritəsi”ndə də liberal “üzən məzənnə” siyasətinin təqdim edilməsi nəzərdə tutulub”

Bu haqda Yenicag.Az-a tam “üzən məzənnə”yə keçiddən danışarkən iqtisadçı-alim Vüqar Bayramov söyləyib. Dediyinə görə, o, öncədən Azərbaycanın liberal “üzən məzənnə”yə keçəcəyi barədə proqnoz vermişdi:

“Bu, artıq praktiki olaraq da reallaşır. Mərkəzi Bank liberal “üzən məzənnə”sinə keçməyə məcburdur. Çünki hazırki durum real sektorun inkişafına imkan vermir”.

Ekspertin fikrincə, Mərkəzi Bank hələ sözügedən məsələdə yubanıb:

“Azərbaycan Mərkəzi Bankı 2014-cü ilin sonu və 2015-ci ilin əvvəllərində liberal məzənnə siyasətinə keçməli idi. Amma təəssüf ki, keçmədi və rezervlərinin 75 faizini itirdi. 16 milyarda yaxın rezerv 4 milyard dollara yaxın azaldı. Mərkəzi bank liberal məzənnə siyasətinə artıq kifayət qədər “ac” və psixoloji həddə yaxınlaşmış rezervlə qədəm qoyur. Bu da Mərkəzi Bankın manevr imkanlarını məhdudlaşdırır. Onu da əlavə edim ki, liberal məzənnə siyasətinə keçiddə Mərkəzi Bankın hazırlaşmasına ehtiyac var. Çünki hazırlıqsız liberal məzənnə siyasətinə keçid olmaz. Liberal məzənnə siyasətinə keçid həm də manatın məzənnəsinə təsir göstərəcək.”

 

Gülnarə Eynullaqızı

Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır