Ads by Google

hightechnic
Ads by Google

скачанные файлы (2)Xarici işlər naziri Lubomir Zaoralek hökumətin ölkənin rəsmi adının dəyişdirilməsi üçün qərar aldığını və bu mövzudakı qanun layihəsinin həftə ərzində parlamentə təqdim olunacağını açıqlayıb. Dəyişiklik reallaşarsa, ölkənin adı bundan sonra Çekya olacaq.

Məlumatda qeyd edilir ki, Çexiya parlamentinin qərarının ardından da Birləşmiş Millətlər Təşkilatına rəsmən müraciət edilərək ölkənin yeni adının qeydiyyatlara bu şəkildə alınması tələb ediləcək. Nazir hökumətin yekdilliklə aldığı bu qərarın arxasında ölkənin adının müxtəlif dillərdə fərqli bir şəkildə deyilməsindən duyulan narahatlığın dayandığını vurğulayıb.

Çexiyanın (ingiliscə Czechia) altı dünya dilində, yəni ərəbcə, Çin, ingilis, ispan, fransız və rus dillərində eyni şəkildə deyilməsinin rahatlıq yaradacağı və bunun da ölkənin milli identikliyi baxımından faydalı olacağı gözlənilir.

Çexiyada əslində ad mübahisələri bir müddətdir davam edirdi. Bir qism siyasətçi hətta ölkənin adının Çekistan olmasını da müdafiə edir.

Dövlət başçısı Miloş Zeman bir müddətdir ki, ingilis dilində danışıqlarında ölkəsini Czechia adlandırırdı.(modern)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."