!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkəyə neft embarqosu tətbiq edilə bilər - Tramp qanun layihəsi hazırlatdı  

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp nüvə bombasını sınaqdan keçirərək dünyanı Şimali Koreyaya qarşı sərt sanksiyalar tətbiq edilməsinə çağırış edib.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, ABŞ yeni sanksiyalardan ibarət qanun layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib. Layihənin sentyabrın 11-sə səsverməyə çıxarılacağı gözlənilir.

Layihədə Şimali Koreyaya neft embarqosunun tətbiq edilməsi, ölkə lideri Kim Çen Inın xaricə səfərlərinin qadağan edilməsi və xaricdəki hesablarının dondurulması, Şimali Koreya vətəndaşlarının xaricdə çalışmasına qadağa qoyulması təklif edilib.

Yeni sanksiyaların qəbul edilməsi üçün BMT TŞ-nın daimi üzvləri ABŞ, Rusiya, Çin, İngiltərə və Fransanın veto hüququndan istifadə etməməli və 15 üzvdən ən azı 9-u layihənin lehinə səs verməlidir.

Lakin Rusiya və Çinin qanun layihəsinin əleyhinə çıxması gözlənilir. Belə ki, Şimali Koreyanı nüvə təhdidi hesab etmədiyini elan edən Rusiya prezidenti Vladimir Putin yeni sanksiyaların heç bir işə yaramayacağını bildirib.

Çin isə Şimali Koreyanın ən böyük ticarət müttəfiqidir.

Qeyd edək ki, 2006-cı ildən indiyə qədər nüvə proqramına görə BMT TŞ Şimali Koreyaya 8 müxtəlif sanksiyanın tətbiq edilməsinə qərar verib.

www.yenicag.az

1735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv