Yazı İçi 468×60

photo_48759Cari ili noyabrın 1-dən Azərbaycan vətəndaşları İndoneziyaya vizasız səfər edə biləcəklər.

Bunu İndoneziyanın Bakıdakı səfirliyindən deyiblər.

Turizm məqsədilə İndoneziyaya səfər edən Azərbaycan vətəndaşları ölkədə 1 ay ərzində vizasız qala biləcəklər. Vizasız rejim yalnız turistlərə şamil ediləcək.

Vizasız rejimin tətbiqi barədə qərar iki ölkə arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycandan turizm axınının artımı üçün qəbul edilib.

Yeni qaydalara əsasən, Azərbaycandan gələn turistlərin pasportlarında İndoneziya ərazisində 30 gün ərzində (bu müddəti artırmaq və qalma statusunu dəyişdirmək hüququ olmadan) qalmağa icazə verən ştamp qoyulacaq. Bununla belə, ödəniş alınmayacaq(Trend).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."