www.sinerjipro.net

SinerjiProWide
Reklam

Hal-hazırda dünyada 230 meyitt dondurulmuş halda saxlanılır.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, həmin meyitlər tabut əvəzinə xüsusi ərazilərdə saxlanılır. Həmin insanların bədənindən qan tamamilə çəkilib və -196 dərəcədə dondurulub. Dünyada dondurulmuş ilk insan 73 yaşında ölən amerikalı psixoloq Ceyms Pasvorsdur. O, 1967-ci ildən etibarən dirildilmək üçün qapalı bir silindr içində saxlanılır.

İnsanların bu üsulla dondurulması bir çok kəsim tərəfindən yaxşı qarşılanmasa da, həkimlər gələcəkdə həmin insanların yenidən həyata qaytarılacağını düşünür. “Cryonics” layihəsi çərçivəsində dondurulan insanların təxminən 100-150 il içində yenidən dirildilməsi planlaşdırılır. Tibbi eksperimentlərin nə qədər uğurlu olacağı isə hələ də sual işarəsi altındadır. Buna baxmayaraq, amerikalı alimlərin bu üsulla bir iti donduraraq yenidən həyata qaytarmaları tibb elmi üçün böyük ümid yaradır.

Onu da qeyd edək ki, bir insanın tamamilə dondurulması 200 min dollara başa gəlir. Bu məbləğin içinə onun qanının çəkilməsi, xüsusi preparatlarla dərmanlanması və saxlanılması xərcləri daxildir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3233
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."