kredit3“Bəzi banklar istehlak kreditlərini bərpa edir. İstehlak kreditini yalnız aylıq əmək haqqı 410 manatdan yuxarı olan şəxslər ala biləcək”

Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlum verib. Onun sözlərinə görə, banklar krediti qeyri-leqal əmək haqqı əsasında deyil, rəsmi maaşlara görə verəcək: “Dövlət statistikasında olan ən son məlumata görə isə, maaş cədvəlinə qol çəkənlərin 77%-nin əmək haqqı 400 manatdan aşağı olub. Deməli, maaşla işləyən insanların ən yaxşı halda 23%-i kreditə iddia edə biləcəklər. Onların da bir hissəsinin-yüksək maaş və maaşdan əlavə nəhəng qeyri-maaş gəlirlərinə malik məmurların (həmçinin dövlət şirkətlərində çalışanların) istehlak kreditinə ehtiyac olmadığını da nəzərə alanda, bankların istehlak kreditləri üçün müştərilər ən yaxşı halda muzdla işləyənlərin 15-20%-i qədər insan olacaq”.

R.Ağayev qeyd edib ki, Azəbaycanda 4.9 milyon nəfər əmək qabiliyyətli yaşında və işləmək imkanı olan iqtisadi fəal əhalinin cəmi 1.5 milyon nəfəri rəsmi çalışır: “Yəni leqal işçi qüvvəsidir. Bu isə o deməkdir ki, hazırda təklif edilən şərtlərlə Azərbaycanda hökumətin məşğul hesab etdiyi insanların 30%-i bank kreditlərinə iddia edə biləcək”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."