!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu qərar investorları ölkədən qaçıracağı üçün ləğv olunmalıdır”

!Reklam – Yazi

1341986099_bank-pul-bina02.08.2010-300x222Natiq Cəfərli: “İnvestor əldə etdiyi gəlirin 20 faizini ölkədən çıxararkən yenidən əlavə vergi şəklində ödəməli olacaqsa, onlar Azərbaycanda  köklü yatırımlara cəsarət etməyəcəklər”

Hökumət dolların ölkədən çıxmasına maneə olmaq üçün müxtəlif addımlar atır. Bu addımlardan biri də 50 min dollardan artıq pul çıxaranların 20 faizlik vergi ödəməsi qərarıdır.  Eyni zamanda, hökumət  xarici investorların da ölkəyə cəlb edilməsinin vacib olduğunu bildirir. Görəsən, belə bir şəraitdə, 50 min dollardan artıq pulun ölkədən çıxarılmasına görə 20 faizlik verginin tətbiq edilməsi xarici investorları Azərbaycana indiki ağır durumda nə dərəcədə cəlb edə biləcək?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, sözügedən qərar xarici investorları Azərbaycana investisiya yatırtmaqdan  çəkindirəcək: “50 min dollardan artıq pulun ölkədən çıxarılmasına görə 20 faizlik verginin tutulması heç şübhəsiz  xarici investorları ölkəmizə investisiya yatırtmaqdan çəkindirəcək. Dünyaca məşhur “The Financial Times”  bununla bağlı bir yazı dərc etmişdi. Bu mətbu orqan dünyanın bütün investorlarının səhər-səhər ilk oxuduğu qəzetlərdəndir.  Bu nəşr bütün maliyyə və iqtisadi məlumatların əsas mənbələrindən biri sayılır. Hətta həmin qəzet də Azərbaycan hökumətinin 50 mindən yuxarı  dolların ölkədən çıxarılmasına görə, 20 faizlik vergi tətbiqi qərarını investorlar üçün çox pis xəbər olduğunu və investorların ölkəmizdən qaçmasına, əlavə investisiyaların gəlişini tormozlamağa səbəb olacaq bir qərar kimi dəyərləndirib. Həqiqətən də belədir. İnvestor bilsə ki, əldə etdiyi gəlirin 20 faizini ölkədən çıxararkən yenidən əlavə vergi şəklində ödəməli olacaqsa, heç bir investor Azərbaycanda  köklü yatırımlara cəsarət etməyəcək, bura pul qoymayacaq.  Çünki, 20 faiz ancaq pulun çıxarılması ilə bağlı tətbiq edilən vergidir. Bundan əlavə, fəaliyyət göstərən investor başqa vergiləri də ödəməlidir. Ona görə də həmin qərar Azərbaycana yatırım etmək istəyən investorlar üçün çox pis siqnaldır. Azərbaycan xaricdən investisiya cəlb etmək istəyirsə, bu qərar çox yayılmadan ləğv olunmalıdır”.

ELÇİN

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv