!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu qurum özü təmizlənməli və yenidən qurulmalıdır” - Politoloq

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını tənqid edib:

“Türkiyə ilə bağlı qəbul edilən qərar tamamilə siyasidir. Bu qərarı tanımırıq, istədikləri qədər qərar qəbul etsinlər. Ötən bazar Fransada keçirilən prezident seçkilərinin fövqəladə vəziyyət şərtləri altında baş tutub. Fransa ilə bağlı niyə belə bir qərar verilmir? Türkiyədə dövlət çevrilişinin qarşısının alınması məqsədilə fövqəladə vəziyyət elan olunub. Bu çərçivədə ölkədəki FETÖ-çuları təmizləyirik”.

Məsələni Yeniçağ.az-a şərh edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, AŞPA-nın Türkiyəyə qarşı qəbul etdiyi hər qərar həm hüquqa, həm də məntiqə ziddir:

“Türkiyə Avropa Şurasını yaradan ölkələrdən biridir. Həm də onun təşəkkül tapmasında, onun bugünkü dəyərlərin daşıyıcısı olmasında böyük zəhməti olan bir ölkədir. Həmçinin Türkiyə bu gün müstəqil daxili və xarici siyasəti və sülhsevər siyasi kursu ilə bütün dünyada tanınır. Təəssüf ki, AŞPA son dövrlərdə Avropanın müəyyən dairələri tərəfindənTürkiyəyə qarşı aparılan anti-türk kampaniyasında iştirak etmək qərarına gəlib. Bu qurumun 600-dən çox üzvü olduğu halda, 25 faizinin anti-türk mövqeyindən tələsik çıxış etməsi ona heç də başucalığı gətirməyəcək. Türkiyənin bu məsləyə kəskin şəkildə reaksiya verməsi tamamilə düzgün addımdır. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu vaxtilə AŞPA-nın prezidenti olub və oranın nüfuz qazanmasında böyük rol oynayıb. Türkiyəni olmayan şeylərə görə ittiham edən, PKK-ya qarşı mübarizəyə görə qınayan Avropanın yeni təfəkkür, düşüncə və demokratiya ənənələrinin aydınlaşdırılmasına ehtiyac var.

Politoloq Eldar Namazovun sözlərinə görə, artıq AŞPA-nın üzərində monitorinq aparmaq lazımdır:

“Onun daxilində olan bu qədər qalmaqallar artıq indi qaynayıb üzə çıxır. AŞPA-nın prezidenti də qalmaqallara görə bu günlərdə istefa verməyə hazırlaşıb. Parlamentin daxilində korrupsiya və digər məsələlərlə bağlı xüsusi komissiya yaradılır.

Ona görə də Türkiyənin nüfuzunu alçaltmaq üçün onun üzərində monitorinq keçirtməyə çalışır. Türkiyənin prezidentinin məsələ ilə bağlı bu cür açıqlama verməsi tamamilə doğru və haqlıdır. Sözsüz ki, o qurum özü təmizlənməlidir və yenidən qurulmalıdır”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv