!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu qurumun rəsmiləri məni intihar həddinə çatdırdılar”

!Reklam – Yazi

ddddYenicag.az bir neçə gün əvvəl intihara cəhd edən Binəqədi rayonu, Zərifə Əliyeva adına parkın ərazisində yerləşən və tikintisi yekunlaşmaqda olan İdman Sağlamlıq Kompleksinin rəhbəri İlqar Məmmədovun “Bizim Yol” qəzetinə verdiyi müsahibəni təqdim edir:

– İlqar bəy, nə baş verir?

– Həmin ərazidə 2011-ci ildən İdman Sağlamlıq Kompleksini tikməyə başlamışam. Ümumi olaraq mənim tikintiyə 5 milyon xərcim çıxıb. İşlər yekunlaşmaq üzrədir. İllərdir əmək sərf etmişəm, indi mənə “sökülməlidir” deyirlər. Mən də haqlı olduğum üçün etiraz edirəm. Mən dünən (5 noyabr) orda anlaşıqsız vəziyyətdə olaraq icra hakimiyyətinə yarım milyon manat rüşvət verdiyimi bildirdim. Plana görə, bu il tikinti işi başa çatmalıydı.

– Bəs, gecikməyə səbəb nə oldu?

– Vəsaitimiz tükənmişdi deyə, tikintinin plana uyğun yekunlaşması mümkün olmadı.

– Mediada belə bir məlumat yayıldı ki, siz həm də “Zeytun bağı” restoranının sahibisiniz.

– Xeyr, mən yalnız tikilməsi yekunlaşmaqda olan İdman Sağlamlıq Kompleksinin sahibiyəm.

– Sizinlə icra başçısının danışıqlarının nəticəsi nə oldu?

– Vallah mən də bilmirəm.

– Sizin tələbiniz odur ki, tikinti sökülməsin. Sizin tələbiniz qəbul edildimi?

– Mən onu bilirəm ki, mənim mülkiyyətimdə olan tikinti qanunidir. Bakı Şəhər İcra Hakimiyyəti kompleksi tikmək üçün mənə razılıq məktubu verib və eskiz layihələrimi təsdiq edib. Binəqədi Rayon İcra Hakimiyyəti də sərəncam verib. Həmin ərazidə tikinti işini aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi də razılıq verib. Tikinti layihəm də təsdiq olunub.

– Sizin şikayətinizlə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə verdiyimiz sorğuya cavabda bildirildi ki, ərazidə zeytun ağacları olub və siz tikinti işini aparmaq üçün ağacları kəsmisiniz…

– Bu bir bəhanədir. Bu ərazini özüm almışam. Həmin ərazi dərə və zibillik olan yer idi. Təxminən iki metr dərinliyində çökəklik var idi. Burada hər hansı bir bitkinin olduğundan söhbət gedə bilməz. Biz ərazini daş-qayadan təmizləyib, tikintini inşa elədik.

– Siz icra başçısı ilə əvvəl də görüşmüşdünüz?

– İlk dəfə dünən görüşdüm. Bu problem noyabrın 3-də ortaya çıxıb. Gözlənilməz oldu.

– Sizə deyirlər, özünüz sökün?

– Bəli! Mən də onlara deyirəm ki, hansı əsasla söküm? İcra hakimiyyətinin rəsmiləri mənə “özümüz də sökə bilərik” deyirlər. Onların tikintini sökmək üçün hər hansı bir əsası yoxdur! Mən icra başçısına dedim ki, bura külli miqdarda xərcim çıxıb, illərimi sərf etmişəm, sökəcəksinizsə, öncə kompensasiyamı verin.

Mənim inşaat materiallarına görə 200 min manat borcum var. Oranı dişimiz-dırnağımızla, zülümlə, üç qardaş gücümüzü birləşdirərək tikmişik. Mən və qardaşım evimizi satmışıq, mən hətta şəxsi avtomobilimi də satdım. Hazırda iki qardaş kirayə mənzillərdə yaşayırıq. Rəsulzadə qəsəbəsində qeyri-yaşayış obyektim var idi, onu da satmışam. Bunlar tikintini başa çatdırmaq üçün yetərli olmayıb, bankdan borc götürmüşəm. Hələ də borcumu ödəməmişəm. Özbaşıma tikməmişəm. Qeyri-qanuni tikilməyib, qanuni sənədlərlə bir neçə ilə tikilib. Sözlə tikilməyib ki, sözlə də sökülsün. Kompensasiyam hesablansın və ödənilsin. Sonra istəyirlər söksünlər, istəyir öz istifadələrində olsun.

– Sizin tələbiniz budur ki, tikinti sökülməsin, söküləcəksə, kompensasiya verilsin. Bu tələbinizə icra başçısı Xaləddin İsgəndərov nə dedi?

– O mənə “məsələ üzərində işləyirik, çalışacağıq, sizi razı salaq” dedi. Məsələ hələ də açıq olaraq qaldı.

– Sizinlə səhər saatlarında danışanda dediniz ki, səhhətiniz yaxşı deyil. İndi özünüzü necə hiss eləyirsiniz?

– Səhhətim pis olaraq qalır. Məni tikintiyə çıxmağıma vadar edən yerli icra hakimiyyətidir. Bu qurumun rəsmiləri məni intihar həddinə çatdırdılar. Qardaşımla mənim 30 ildə qazandığımız həmin obyektə xərclənib.

– Tikinti işini aparmaq üçün nə zaman sərəncam aldınız?

– İcra hakimiyyətinin təzyiqi nəticəsində səhhətim yaxşı deyil. Ona görə də dəqiq cavab verə bilməyəcəm. Təxminən deyə bilərəm ki, tikinti işini aparmaq üçün 2009-cu ildə sərəncam aldım.

– Siz sahibkarsınız, hansı sahələrdə fəaliyyətiniz olub?

– Mən idman sahəsində xidmətlərim var. Rəsulzadə qəsəbəsində çayxanam olub.

– Ali təhsiliniz varmı?

– Bəli, Bakı Dövlət Universitetinin geoloji çoğrafiya fakültəsini bitirmişəm. 51 yaşım var.

– Vəkiliniz varmı?

– Hələ ki yoxdur.

– Sizin tələbləriniz yerinə yetirilməsə, bundan sonra hansı addım atacaqsınız?

– Hələ bilmirəm.

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv