Oktyabrın 1-i və 2-si saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Ceyranbatan” və Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Qobustan” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
SOCAR-dan verilən məlumata görə, təmir müddətində Abşeron rayonun Ceyranbatan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Qobustan rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
www.yenicag.az