Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Müəllif: Redaktor

Editor

qaz_gelmir_esas_15Abşeron və Suraxanı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması və qaz xətti üzərində RDUK200 markalı tənzimləyicinin quraşdırılaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyulun 13-ü saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonunun Mehdiabad, Ceyranbatan və Saray qəsəbələri ərazisində, Suraxanı rayonu Hövsan qəsəbəsi, Bahar, Dədə Qorqud yaşayış massivi və köhnə Suraxanı qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu, Binəqədi və Xəzər rayonlarının qaz təchizatına təsir göstərməsi mümkündür.

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti