dem-qaziSabah SOCAR-ın “Qaz İxrac” İdarəsinin Siyəzən və Astara magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.

SOCAR-dan verilən məlumata görə, noyabrın 18-da saat 10:00-dan 16:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba”, saat 14:00-dan 18:00-dək Astara Magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Şahağacı, Kakalos və Tənqərud kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Quba rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."