!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu sərgini görmədən ev almayın

!Reklam – Yazi

Sabah Baku Expo Mərkəzində Beynəlxalq Əmlak və İnvestisiya Sərgisi öz işinə başlayacaq.

28-30 noyabr tarixləri arasında keçiriləcək sərgi Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə baş tutacaq. Sərgiyə 14 ölkədən 70-ə yaxın şirkət qatılacaq.

Sərgi ilə bağlı bu gün keçirilən mətbuat konfransında çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinov bildirib ki, sərginin sahəsi 6500 kv.m təşkil edir. Onun sözlərinə görə, sərgidə komitənin fəaliyyətini əks etdirən pavilion yaradılacaq:

“Pavilyonda komitənin fəaliyyət istiqamətləri üzrə, o cümlədən, daşınmaz əmlak və torpaq idarəçiliyində tətbiq edilən innovativ layihələr, elektron və onlayn xidmətlər, modern idarəetmə mexanizmləri barədə məlumatlar nümayiş olunacaq. Pavilyonda komitənin tətbiq etdiyi elektron xidmətlərə, daşınmaz əmlakın qeydiyyatına, özəlləşdirmə prosesinə və torpaqların elektron kadastr uçotu işlərinə dair bölmələr yer alacaq. Həmçinin burada torpaqların elektron kadastr uçotu işləri informasiya sistemin məlumatları əsasında hazırlaşnmış ölkənin 3D formatlı relief xəritəsinin maketi quraşdırılacaq”.

Ş. Şirinov qeyd edib ki, Azərbaycan dünyada bu ölçüdə maket xəritəsi olan yeganə ölkədir.

Sərgidə quraşdırılmış elektron monitorlar vasitəsilə komitənin 36 elektron xidməti nümayiş etdiriləcək:

“Monitorlarda elektron xidmətlərdən istifadə etməklə bağlı prosedurlar əksini tapacaq. Eyni zamanda monitorda innovative yenilik olan elektron hərrac, onun istifadə qaydaları əks olunacaq”.

Builki sərgidə özəlləşdirməyə çıxarılan müəssisələrlə bağlı guşə də yaradılacaq. Guşədə həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər məlumatlar yer alacaq.

Komitənin digər şöbə müdiri Qulu Xəlilov isə bildirib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır:

“Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərinn ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir. Ötən ildən fərqli olaraq sərgiyə daha çox şirkətlər və investorlar qatılacaq, eyni zamanda onların tikinti və infrastruktur layihələri nümayiş etdiriləcək. Sərgidə Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra və Gürcüstandan şirkətlər qatılacaq. Sərgi iştirakçıları 150-dən çox layihə təqdim edəcək”.

Mətbuat konfransında iştirak edən digər təşkilatçı “ElanExpo” şirkətinin baş direktoru Salim Şahin və şirkətin Azərbayca üzrə nümayəndəsi İlkin Abdiyev də çıxış edib. Onlar bildiriblər ki, sərginin daşınmaz əmlak bazarına yatırılan investisiyanın artırılması baxımından xüsusi əhəmiyyəti var:

“Bura həm şirkətlər, həm də alıcılar üçün əlverişli platformadır. Sərginin ən cəlbedici cəhətlərindən biri də burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarının olmasıdır”.

Sərgi çərçivəsində müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən endirim kampaniyaları da nəzərdə tutulub. Endirimlər şirkətlərdən asılı olaraq 10-25 faiz arasında dəyişir. Bundan əlavə, ev almaq istəyənlər şirkətlərin təqdim etdiyi əlverişli ipoteka şərtlərindən və nəğd ödənişlərdə tətbiq olunan yüksək endirimdən də faydalana bilərlər.

Qeyd edək ki, sərgiyə qatılmaq istəyənlərin daşınması üçün xüsusi avtobuslar ayrılıb. Avtobuslar sərgi keçirilən müddətdə səhər saat 10-dan etibarən hər saatdan bir Nəriman Nərimanov metro stansiyasının yaxınlığından Baku Expo Mərkəzinə və əks istiqamətdə sərnişinlərin pulsuz daşınmasını həyata keçirəcək.(BakuPost.az)

www.yenicag.az

2095
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv