Yazı İçi 468×60

Mubariz_Qurbanoglu_albom esas fgh4Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransada jurnalistlərin öldürülməsi hadisəsinə münasibət bildirib.

M.Qurbanlı açıqlamasında terror aktına münasibətinin olduqca mənfi olduğunu vurğulayıb: “Bununla bağlı möhtərəm prezidentimiz Fransa prezidentinə öz başsağlığı mesajını verib. Həmin mesajda da prezidentimiz bu məsələni qətiyyətlə pisləyib. Azərbaycan erməni terrorundan əziyyət çəkən bir ölkədir. Ona görə də biz hər cür terrorizmi qətiyyətlə pisləyirik. Xüsusilə də terrordan öz məqsədləri üçün istifadə etmək istəyənlərin əleyhinəyik. Amma xristian, qeyri-islam dünyası bütövlükdə bir məsələni anlasın ki, müqəddəslər, peyğəmbərlərlə bağlı hər hansı hərəkətin edilməsi əks reaksiya doğurur. Buna çox ehtiyatla yanaşmaq lazımdır. Dəfələrlə qərb mətbuatında Məhəmməd peyğəmbərlə, Qurani-Kərimlə bağlı qeyri-etik hərəkətlərə yol verilib. Xatırladım ki, ABŞ-da Quranı yandırırdılar və bunu da televiziyalar göstərirdilər”.

Komitə sədri bunu dinlər və mədəniyyətlərarası dialoqa mənfi təsir göstərən hal kimi qiymətləndirib: “Lakin bu cür hərəkətlərin hansısa terrorla aradan qaldırılması istəklərini pisləyirik. Hesab edirik ki, əgər kimlərsə müqəddəslərə toxunursa, bu cür hərəkətləri yol verənləri ictimai qınaqla, müxtəlif tədbirlər keçirərək, bunun yolverilməzliyini həmin topluma çatdırmaqla həll etmək lazımdır. Hər hansı silaha əl atmaq, əlbəttə, yol verilən deyil. Ona görə də Fransada törədilən terror hərəkəti başa düşülən deyil, yol verilməzdir və bu əslində İslam dünyası ilə xristian dünyası arasında olan ziddiyyətləri daha da dərinləşdirir, islamafobiyanı qərb dünyasında gücləndirir, tədricən qarşıdurmanı daha da mürəkkəbləşdirir. Ona görə də, biz bu hadisəni qətiyyətlə pisləyirik. Hesab edirik ki, terrorun vətəni milliyyəti, fərdiliyi yoxdur, terror elə terrordur”.

M. Qurbanlı terror hadisəsi ilə bağlı dünəndən bəri səsləndirilən versiyalardan xəbərdar olduğunu qeyd edib: “Amma bu versiyalar inandırıcı görünmür. Araşdırmalar göstərəcək ki, bunu kim törədib. Dünənki informasiyalarda terroru kimin törətməsi ilə bağlı hansısa təşkilatın adı qətiyyətlə səsləndirilməyib. Avropada və ya başqa bir yerdə İslama qarşı nifrət yaratmaq məqsədi ilə belə bir fəlakətin törədilməsi ehtimalı bir qədər inandırıcı görünmür. Amma məsələ tam aydınlaşmayana qədər hər cür ehtimalı da irəli sürmək mümkündür”(qafqazinfo.az).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."