!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur”

!Reklam – Yazi

maxresdeazc45 (1)“QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda şura və katibliyin saxlanılması xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur”.

Bunu QHT-lərin Ümumrespublika Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb və 1 milyon 927 min 788 manat növbəti illərdə istifadə olunması üçün şuranın hesabında saxlanılıb.

Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fikrini öyrənmək vacibdir deyən Şura sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum bu məqsədlə Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən QHT nümayəndələrini tədbirə dəvət edib:

“Hər il biz Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq, ictimai dinləmələr keçiririk. Məqsəd növbəti illərdə hansı mövzuların prioritet elan edilməsi və həmin mövzular istiqamətində QHT-lərin layihələrinin maliyyələşdirilməsidir. Bu, şəffaflıq və aşkarlıq baxımından çox önəmlidir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fikrini öyrənmək vacibdir. Azərbaycanın bütün bölgələrindən Foruma QHT nümayəndələri dəvət olunub. Forumda ilk növbədə 2016-cı ilin maliyyə müsabiqəsi üzrə mövzuların müzakirəsi aparılacaq”.

A. Quliyev eyni zamanda bildirib ki, 2015-ci ildə də Şura xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması üçün müraciət etməyib: “2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədi ilə ayrılan vəsaitə qənaət edilib və 1 milyon 927 min 788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb. Buna görə də 2016-cı ildə də Şura xarici QHT-lərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmasın istəməyəcək və dövlət büdcəsində bu məqsədlə vəsait ayrılmayacaq”.

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv