Yazı İçi 468×60

 

vezifelicerimeAzərbaycanda Tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarını pozan vəzifəli şəxslər cərimələnəcək.

Milli Məclisdən verilən məlumata görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni əlavələrdə öz əksini tapıb.

Yeni layihədə qeyd edilib ki, tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatları Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətdə göndərməyənlər və təqdim etməyən vəzifəli şəxslər cərimələncəklər. Cərimənin məbləği 500 manatdan 1000 manatadək olacaq.

Vəzifəli şəxslər bu xətanı bir il ərzində təkrar törətdikdə onlar 2000 manat məbləğində cərimələnəcəklər.(trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."